Cənubi Afrika Respublikasında gözlənilmədən yağan qar yollarda hərəkəti iflic edib.
Yenicag.az xəbər verir ki, bu barədə “SABC News” məlumat yayıb.
Dünən gecə yağan güclü qardan sonra sərnişinlər magistral yolda qalıblar. Telekanal qeyd edir ki, hazırda xilasetmə işləri aparılır.
Cənubi Afrikanın Meteoroloji Xidməti artıq əyalətin cənub-qərb bölgələri üçün Ledismitdən Nəhənglər Qalasına qədər zərərli qar yağması barədə səkkizinci səviyyəli xəbərdarlıq edib.
Təsirə məruz qalan ərazilərin Drakensberg dağlarının ətəyində olduğu qeyd edilir.