Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Gözlərimizin hər zaman axtardığı Məlahət xanım - Aqil Ələsgərdən yubiley yazısı

Bəzi insanlar var ki, onların varlığından xəbərdar olmanız belə sizə ruh verir, gücləndirir, mübarizə əzminizi artırır. O insanlardandır Məlahət xanım. 

Bəzi insanlar var ki, sevincinizi sevinci, kədərinizi kədərləri bilərlər. Sizi sizdən daha çox sevər və hətta sizdən belə qoruyarlar. O gözəl qəlbli insanlardandır Məlahət xanım.

Bəzi insanlar var ki, onların olduqları yerdə sizə ehtiyac duyulmur. Çünki onlar olan yerdə sizin əleyhinizə kimsə danışa bilməz, imkan verməzlər. Bunu sizin ruhunuzun belə duymayacağı şəkildə edən insanlardandır Məlahət xanım.

Bəzi insanlar var ki, ən kritik anında sadəcə onun xəbərdar olmasını istəyirsən. Çünki o, sənin darda olduğunu biləcəyi təqdirdə bambaşqa bir səhifə açılacaqdır. O dostlardandır Məlahət xanım.

Bəzi insanlar var ki, bir kəndin, bir bölgənin sevgisini qazanıblar. Ancaq yaşadığı məmləkətin hər diyarından sənə sevgi ilə “Ana” deyənlərin varsa, bu sənə olan məhəbbətin sərhədləri aşdığından xəbər verir. Elə analardandır Məlahət xanım.

Bəzi insanlar var ki, insanı səsinin ən incə intonasiyasından anlayar. Xırda bir səs dəyişməsi ilə hər şeyin fərqinə varır. Məhz bu qədər həssas insanlardandır Məlahət xanım.

Məlahət Qurbanova haqqında nə yazsam, nə desəm kifayət etməyəcək. Təkcə, ürəyim dolu olduğuna görə deyil, Məlahət xanımın insani keyfiyyətləri saymaqla bitməz, tükənməz.

Qayğıkeş ana, mülayim insan olduğu qədər ciddi nizam-intizama sahib idarəçi, sədaqətli dost, mehriban bacı, həssas övlad. Bəli, bütün gözəl sözləri Məlahət xanım üçün söyləmək olar. Ancaq bütün o gözəl sözlər Anamızın tərifi üçün əksik qalacaq. Həm də mən gözəl bilirəm ki, onun üçün bu təqdimat bütün titullardan üstündür: Böyük Qazax elinin ağsaqqalı Qara Moşu kişinin qızı Məlahət xanım Qurbanova.

Yaddaşımızdan silinməyən bütün anılarımızda yanımızda olmasından qürur duyduğumuz, gözlərimizin hər zaman aradığı, təpədən dırnağına qədər vətəninə, dövlətinə bağlı Azərbaycan Qadını Məlahət Ana, doğum gününüz mübarək!

Dərin sayğı və ehtiramla, Sizlərə layiq olmaqdan savayı düşüncəsi olmayan oğlunuz

Aqil Ələsgər

www.yenicag.az

11883