Gözün buynuz qişasının gətirilməsinə icazə verilir

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilir.

Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanununda dəyişiklik təklif edilib.

Belə ki, həmin siyahıya gözün buynuz qişası da əlavə edilib. Bundan başqa, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanununa da bununla bağlı dəyişiklik olunur.

Yeniçağ.az