“Grammy” təxirə salındı – SƏBƏB

Los-Ancelesdə baş tutması gözlənilən “Grammy” musiqi mükafatının təqdimetmə mərasimi təxirə salınıb.

Yenicag.az xəbər verir  ki,  yanvarın 31-də keçiriləcək mərasim koronavirusun “omicron” ştamının yayılması səbəbindən baş tutmayacaq.

Qeyd edək ki, gözlənilən mükafatlandırılma mərasimində musiqiçilər 85 nominasiyada yarışacaqlar.