“Greencard”ın nəticələri açıqlandı – Sayt çökdü

ABŞ-də daimi yaşamaq, işləmək imkanı yaradan “Greencard” lotereyasının nəticələri bu gün mayın 6-da açıqlanıb.

Yenicag.az xəbər verir ki, nəticələr açıqlanandan sonra “Greencard”ın saytı çöküb.

Qeyd edək ki, “Greencard” üçün hər il oktyabr-noyabr ayında müraciətlər qəbul edilir, növbəti ilin may ayında nəticələr açıqlanır. Milyonlarla insanın müraciət etdiyi lotereyada ancaq 55 min insan qalib gəlir.