Güclü fırtına məşhur stadionu belə silkələdi – VİDEO

Almaniyanın əsas Bundesliqasında mübarizə aparan “Volfsburq” klubunun ev oyunlarını keçirdiyi arena ölkə ərazisində hökm sürən fırtına qarşısında çətin anlar yaşayıb.

Yenicag.az xəbər verir ki, nəhəng arenanın damı “Xavyer” adı verilən güclü fırtına qarşısında çətinliklə duruş gətirib. Sürəti saatda 180 kilometrə çatan fırtına zamanı stadionun dam örtüyü sanki bir beşik kimi yırğlanıb. Həmin anların videogörüntüsü də yayılıb.

Fırtına zamanı arenada heç bir tədbirin və oyunun keçirilməməsi sevindirici məqam kimi vurğulanır. Güclü yırğalanma qarşılığında stadiona ciddi ziyan da dəyməyib.

COP29