Güclü geomaqnit qasırğası xəbərdarlığı – Elektriklər kəsilə bilər

 

Günəşdə növbəti alışmadan sonra plazmanın ayrılması səbəbindən Yerdə güclü geomaqnit qasırğası başlaya bilər.

Yenicag.az xəbər verir ki, CBS News bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasına (NOAA) istinadən məlumat yayıb.

NOAA xəbərdarlıq edib ki, oktyabrın 8-də Günəşdə baş verən başqa bir günəş partlayışından plazmanın atılması nəticəsində yaranan geomaqnit qasırğası GPS naviqasiyasına mane ola, peykləri kursdan kənara atıb, elektrik şəbəkələrini və radio qəbulunu müvəqqəti poza bilər.

NOAA elektrik şəbəkələri və orbitdəki kosmik gəmilər üçün ehtiyat tədbirlərini tövsiyə etdi və fırtınanın təsiri barədə Federal Fövqəladə Halların İdarə Olunması Agentliyini (FEMA) məlumatlandırdığını söyləyib.

Hesabatda qeyd olunur ki, geomaqnit qasırğası may ayında olduğundan daha güclü olmayacaq və ABŞ-ın bəzi yerlərində şimal işıqları (Aurora Borealis) görünəcək.

Bu arada, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi, Helen qasırğasından təsirlənən bölgələrdə geomaqnit qasırğasının elektrik xətlərinə mümkün təsirindən narahat olduğunu bildirib.

İsmayıl Bakuvi

COP29