Güclü külək Bakıda 15 ağacı aşırdı – FOTO

Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Bu barədə Yenicag.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin əməkdaşları ziyan dəyən ağacların 4-nün sınmış hissələrini budayıb, 11 ədəd ağac isə kəsilərək götürülüb və ərazi təmizlənib.