Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Güclü külək əsəcək - Xəbərdarlıq

Azərbaycanda yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-9 dərəcə şaxta olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, yanvarın 19-u axşamdan 20-si axşamadək bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi, hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1782
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM