Güclü külək Gəncədə ağacları aşırdı

Gəncə şəhərində əsən güclü külək fəsadlara səbəb olub.

Yenicag.az xəbər verir ki, külək nəticəsində şəhərin bəzi ərazilərində ağaclar aşıb.

Külək həm də qaz və rabitə xətlərinə zərər verib.

Hazırda Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşaları aşan ağacların təmizləməsi işləri ilə məşğul olur.