!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güclü külək Masallını bu vəziyyətə saldı - FOTOLAR

!Reklam – Yazi

Ötən gün axşam saatlarında güclü külək Lerik, Lənkəran, Masallı rayonlarında fəsadlar törədib.

Yenicag.az xəbər verir ki, güclü külək təkcə Masallıda 70-ə yaxın elektrik dirəyini aşırdığı üçün gecədən səhərə qədər bir çox kəndə elektrik verilməsi dayanıb.

Bundan başqa, ağacları kökündən çıxıb, bir neçə avtomobil altında qalıb. Yaşayış binalarının, ticarət obyektlərinin və bəzi kəndlərdə məktəb binalarının dam örtüyü uçub.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, səhər saatlarından etibarən aparılan operativ tədbirlər nəticəsində bir neçə kəndə elektrik verilməsi bərpa edilib. Qurum rəsmisi axşama qədər rayonda bütün məntəqələrə enerji verilişinin bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, hazırda dəymiş ziyanın məbləğinin hesablanması və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir(Qafqazinfo.az)

www.yenicag.az

1489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv