Güclü külək olacaq – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən Yenicag.az-a bildirilib ki, mayın 16-sı gündüzdən 17-si səhərədək qısa müddətə şimal-qərb küləyinin sürəti 15-20 m/s, 16-sı axşam yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.