Güclü külək Sumqayıtda irigövdəli ağacları aşırdı – FOTO

Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib, iri gövdəli ağacları aşırıb.

Yenicag.az xəbər verir ki, güclü küləyk şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, eyni zamanda 14 və 42-ci məhəllələrində, Lüdviqşafen parkında irigövdəli ağacları kökündən qopararaq aşırıb.

Ağaclardan biri həyətdə park edilmiş avtomobillərdən birinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi zərər görüb./report