!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının qasırğa dəhşəti - FOTOLAR + VİDEO

!Reklam – Yazi

Son 2 gün ölkə ərazisində müşahidə olunan güclü külək ciddi fəsadlara yol açıb.

Yenicag.az xəbər verir ki, 3 yük maşını aşıb, 2  avtomobilə isə ciddi ziyan dəyib. Yol təsərrüfatına dəymiş ziyanın ümumi məbləği 35 min manata yaxındır.

Belə ki, Bakının Yasamal rayonunda Tbilisi prospekti ilə hərəkətdə olan “Mitsubishi” markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bundan əlavə, Xırdalan şəhərində “köhnə bazar” adlanan ərazidə güclü külək dayanacağı maşının üzərinə aşırıb.

Həmçinin, ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına da ciddi ziyan dəyib.

Belə ki, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb. Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti “Statistika dairəsi” və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə ilkin hesablamalara görə, burda dəymiş ziyanın məbləği 25 min manata yaxındır.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-də, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. “Scania” və “Iveco” markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 paqonmetrə yaxın əyri xətli dəmir tirləri və 2 ədəd işıq dirəyini sıradan çıxarıb. Nəticədə yol təsərrüfatına 10 min manata yaxın ziyan dəyib.

 

 

www.yenicag.az

3000
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv