Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Güclü küləyin Azərbaycanda yaratdığı fəsadlar - VİDEO

Dünən axşam saatlarında Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunub.

Yenicag.az xəbər verir ki, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Azərbaycanın Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlar törədib. Bəzi yerlərdə işıq dirəkləri aşıb, elektrik xətləri sıradan çıxıb, bir binanın dam örtüyü dağılıb, bir neçə ağac aşıb.

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb./Report/

www.yenicag.az

6806