Əfqanıstanın cənubunda Zabul əyalətində güclü patrtlayış törədilib.
Yenicag.az verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Məlumata görə, hadisə Kalat şəhərində, Milli Təhlükəsizlik İdarəsinin binasının qarşısında baş verib. Partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 85 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb.
Hadisə zamanı yerli xəstəxananın binasına da zərər dəyib.