Güclü qar Bolqarıstanı iflic etdi

58640Bolqarıstanın cənubuna yağan güclü qar bölgədə fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.

Yenicag.az anspress-ə istinadən bildirir ki, xüsusilə, Smolyan bölgəsinin Rudozem şəhərində xaotik vəziyyət yaranıb. Ölkənin cənubunda bir neçə gündür ki, sərt və şaxtalı hava şəraiti hökm sürür.

Smolyan bölgəsinin böyük hissəsində elektrik enerjisi kəsilib. Buna yağan qarın ağırlığından ağacların elektrik naqillərinin üzərinə aşması səbəb olub. Əksər yollarda görünmə dərəcəsi aşağı düşdüyündən, nəqliyyatın hərəkəti iflic olub. Bəzi yollar tamamilə bağlanıb.

Bolqarıstanın şərqində, Qara dəniz sahilində yerləşən Varna limanı da güclü külək səbəbindən bağlanıb.