Güclü sel 511 can aldı, 55 min ev dağıldı – VİDEO

Hindistanda keçən aydan davam edən leysan yağışları nəticəsində yaranmış daşqınlar 511 insanın həyatına son qoyub.

Yenicag.az Euronews-a istinadən xəbər verir ki, statistik məlumatı Hindistanın su resursları üzrə Mərkəzi komissiyası (CWC) yayıb.

İnformasiyaya əsasən, ölkənin 91 regionuna toxunan güclü yağışlar nəticəsində, 55 min ev dağılıb, 1 milyondan çox mal-qara tələf olub.

Məlumat üçün qeyd edək ki, bu leysanlar son 64 il ərzində Hindistanda ən güclüsü hesab olunur.

Zaur H.

COP29