Güclü uşaqlara Oral-B-dən dəstək – FOTOLAR

İsmayıllının Köhnədaxar kəndində yaşayan 8 azyaşlı Gəndov kəndində yerləşən məktəbə getmək üçün hər gün piyada 10 km qət edir. Həm də düz yol kimi deyil, dərsə gedəndə 5 km dağaşağı eniş və dərsdən qayıdanda 5 km yoxuş kimi. Qışın qarlı günlərini də təsəvvür edəndə bu balacaların gücünə heyran olmamaq mümkün deyil! Eyni sözləri Qaxın tarixi Sarıbaş kəndində yaşayıb, oxumaq üçün hər gün 6 km yol qət edən uşaqlar haqqında da demək olar.

Yenicag.az xəbər verir ki, Oral-B brendi Camping Azerbaijan şirkətinin “Məktəb avtobusu” layihəsinə sponsorluğu davam edir. Layihə mürəkkəb relyefli dağ kəndlərində yaşayan uşaqların uzaq və çətin keçilən məsafədə yerləşən məktəblərinə çatdırılması məqsədi daşıyır.

İsmayıllı, Quba, Qusar və Qax rayonlarından olan 34 şagirdin hər gün evdən məktəbə aparılması və dərs bitdikdən sonra da evə qaytarılması üçün lazım olan xərcləri tamamilə Oral-B brendi qarşılayır. Yerli sakinlərə məxsus olan 2 UAZ avtobusu və 2 UAZ minik avtomobili 4 marşrut üzrə fəaliyyət göstərərək, Qubanın 3 (Muçu, Rəngdar və Çarxaçu), Qusarın 3 (Arçan, Qoturğan və Qər) kəndindən, eləcə də İsmayıllının Gəndov, Qaxın Sarıbaş kəndlərindən olan şagirdlərin məktəbə rahat və vaxtında getməsini təmin edir.

Uşaqlar üçün seriyasını “Güclü dişlər, güclü uşaqlar” sloqanı ilə təqdim edən Oral-B Procter&Gamble şirkətinin ağız boşluğu gigiyenası üçün brendidir. “Biz uşaqları həm fiziki, həm də zəka cəhətdən sağlam və güclü görmək istəyirik. Çünki təhsilli uşaqlar güclü gələcək deməkdir”– Procter & Gamble şirkətinin Azərbaycan, Gürcüstan və Orta Asiya Respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlubrendin addımını belə şərh edib. “Uşaqlar qayğısız böyüməlidirlər – istər təhsildə, istərsə də gündəlik həyatlarında onlar qayğı ilə yüklənməməlidirlər. Oral-B brendi uşaqların sağlamlığını və üzlərində hər zaman təbəssüm olmasını istəyir. “Məktəb avtobusu” layihəsi ilə Oral-B uşaqların dərsə getmək qayğısını öz üzərinə götürüb və güclü gələcəyimizin əsası olan, oxumaq üçün bu qədər güc göstərən uşaqların üzlərində sevinc dolu təbəssümü təmin edə bilib” – P&G nümayəndəsi bildirib.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

COP29