Güclü yağışlar 33 can aldı

Cənubi Koreyada aramsız güclü yağışlar nəticəsində 33 nəfər həlak olub.

Yenicag.az xarici mətuata istinadən xəbər verir ki,  8 nəfər xəsarət alıb, 9 nəfər isə itkin düşüb.

Məlumata əsasən, güclü yağışlar səbəbindən 7 mindən artıq insan təxliyə edilib, 6 minə yaxın yaşayış evinə, istixanalara, 2,5 min heyvandarlıq təsərrüfatına və anbarlara zərər dəyib.

Bildirilir ki, ölkə üzrə 27 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahələri su altında qalıb.