Güclü yağışlar 41 nəfərin ölümünə səbəb oldu – VİDEO

Hindistanda güclü yağışlar azı 41 nəfərin ölümünə səbəb olub.

Yenicag.az xəbər verir ki, Dehli, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan, Cammu və Kəşmirdə artıq dörd gündür ki, yağışlar səngimir.

Ən çətin vəziyyət Himalay dağlarının ətəklərində yaranıb. Nəticədə leysan yağışlar çoxsaylı sürüşmələrə səbəb olub, yerli çaylarda daşqınlar baş verib və bir çox yaşayış məntəqələrini su basıb.

Mənbə: TASS