“Gül bayramı”na hazırlıqlara start verildi-Fotolar

11092701_912157505493585_1067394191_nesasBakıda ənənəvi təşkil olunan “Gül bayramı”na hazırlıq işlərinə start verilib.

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan bayramın təşkil olunduğu parka giriş artıq bağlanıb. Çadırlar qurulub və plakatların asılmasına başlanılıb.

Qeyd edək ki, ənənəvi olaraq bayram günləri Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev parkında ölkəyə gətirilmiş nadir güllərdən gözəl kompozisiyalar sərgilənir.