Gül və Davudoğlunu bitirən referendum: Sabiqlərin siyasi sonu gəldi

Türkiyədə keçirilmiş Konstitusiya referendumu ilə ölkənin sabiq prezidenti Abdullah Gül və keçmiş baş naziri Əhməd Davudoğlunun siyasi ömürlərinin başa çatdığı bildirilir.

Yeniçağ.Az xəbər verir ki, “Yeni Şafak” qəzetinin yazarı İsmail Kılıçarslan bugünki köşəsində ölkənin sabiq prezidenti Abdullah Gül və keçmiş baş naziri Əhməd Davudoğlunun Konstitusiya referendumundan əvvəl “Əvət” üçün heç bir iş görmədiklərini yazıb.

Abdullah Gülün referendumla bağlı hər hansı bir çağırış etmədiyini vurğulayan Kılıçarslan fikrini belə davam etdirib:

“Abdullah Gülə deyiləcək bir sözüm yoxdur. AK Parti üzvü olmayan keçmiş prezidentin referendumda necə səs verəcəyini açıqlamaması o qədər də əhəmiyyətli deyil. O, son etimad damlasını da sərf edib”.

Müəllif keçmiş baş nazir Əhməd Davudoğlunun referendumdan 2 gün əvvəl verdiyi açıqlamanın “Əvət” tərəfdarlarını məyus etdiyini yazıb:

“Ancaq hələ də AK Parti üzvü kimi Konya millət vəkili olan Əhməd Davudoğlunun referendumdan iki gün əvvəl verdiyi açıqlama, məncə, referendum kampaniyasının ən ciddi məyusluğunu doğurdu. Bir qardaşımın dediklərini təkrar edim:

“Əhməd Davudoğlunu baş nazir postundan məhrum edən o yarıtmaz komandası bu dəfə də onun özünü siyasət yürütmək imkanından məhrum edib”.

Yeniçağ.Az

Loading...