Türkiyəli müğənni Gülben Ergenin paylaşdığı foto müzakirələrə səbəb olub.
Müğənninin İnstagram hesabında “#başucu” həştəqilə paylaşdığı kitab fotosunun üzərində masonların simvollarından birinin olması diqqət çəkib. İstifadəçilərin fotoya münasibəti də birmənalı olmayıb. Belə ki, izləyicilərinin bəziləri fotonun adi bir şəkil olmasını desələr də, yazılan şərhlərin əksəriyyəti müğənninin bilərəkdən illuminati simvolunu paylaşması istiqamətində olub.
Qeyd edək ki, Gülben Ergen bu paylaşımla əlaqədar heç bir açıqlama verməyib.(atv)