Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel millət vəkili Qənirə Paşayevanın ölümü ilə bağlı sosial media hesabında paylaşım edib.
Yenicag.az xəbər verir ki, səfir onun ölüm xəbəri ilə bağlı üzüntüsünü dilə gətirib, rəhmət diləyib.
“Gülə-gülə, türk dünyasının zərif və nazlı qızı… Qənirə xanımla 22 sentybar günü toplantımızda görüşmüşdük. Ertəsi gün bizi yeməyə dəvət edəcəkdi… Amma xəstələndi… və bu gün də aramızdan ayrıldı. O qədər sevəni var ki, türk dünyası olaraq son günlərdə dua etdik. Allah rəhmət eləsin”, – deyə səfir qeyd edib.