Gülən bu dəfə bütün Türkiyəyə bəddua etdi – VİDEO

 

164623-7120Türkiyədə şirkətləri bir-bir dövlət tərəfindən ələ keçirilən Paralel Dövlət Terror Şəbəkəsinin lideri Fətullah Gülən növbəti dəfə Türk dövlətinə qarşı bəddua edib. Qardaş ölkənin PKK və İŞİD terroruna məruz qaldığıı və duaya ehtiyacı olduğu bir dönəmdə Gülən Türkiyəyə lənət yağdırıb.

Yenicag.az xəbər verir ki, özünün “Herkul” saytındakı gündəlik çıxışı zamanı adamlarının həbs olunmasına da “iddianamə hazırlanmadan içəriyə atılırlar” deyə, etiraz edib. Baxmayaraq ki, özü də istər Ergenekon, istər Tahşiyə və Balyoz kimi əməliyyatlar zamanı eyni üsuldan istifadə etmişdi.

Gülən çıxışında bir zamanlar onu müdafiə edən və daha sonra ona qarşı çıxan media mənsublarını da iqtidar tərəfindən satın alınmaqda suçladı: “Sanki yürüdüyü yol yalnışmış kimi, zalımların boyunduruğu altına girməyin, onların verəcəyi bəxşişlərə satılmayın. Torpaq, villa hədiyyə alaraq, zəngin olmaq xəyalları ilə satılmayın. Bəxşişə belə öyrəşmək heyvana məxsusdur. İnsan belə duruma düşərsə, deməli heyvandan daha aşağı düşüb”.

Ənənəvi ağlamaq metodundan istifadə edən Gülən daha sonra bədduaya başladı: “Allahım, əgər o həbs edənlər bu işlərdə haqlıysa, o məktəblərdə çalışanları yerin dibinə batır. Yox, haqsızlarsa, bunu edənləri və bunun qarşısında dilsiz şeytan kimi susan nə qədər insane varsa, evlərinə atəşlər sal, yerin dibinə batır, ən yaxın zamanda qəhri-pərişan et. Kim olursa olsun, hamısını yerin dibinə batır”.

Gülən çıxışında mövcud Türkiyə iqtidarını “səviyyəsiz”, “ağlı heç bir şeyi dərk etməyən” kimi ifadələrlə suçladı: “Biz bir kəndi idarə edə bilməyənlərin, uşaq-muşağın əlində qalmışıq”.

Türkiyənin həssas bir dönəmdən keçdiyi zaman Gülənin belə bir ağır bədduası hansı anlama gəlir? Yenicag.az xəbər verir ki, artıq I Gülən İddianaməsi hazırdır və həbs olunanların məhkəməsi başlayacaq. Dünənə qədər Gülənin onları azad edəcəyini düşünən və susanların danışmağa başlayacağı gözlənilir. Yəni, istintaqla əməkdaşlıq edənlərin sayı artacaq və bu günə qədər çözülə bilməyən örgütün cinayətləri ortaya çıxacaq. Məhz bu səbəbdən Gülən dəfələrlə onları içəridən çıxarmağa cəhd göstərdi. Elə Hüseyn Çelik, Bülent Arınc kimi gizli fətullahçıların Ərdoğan əleyhinə çıxışları da Gülənin təlimatı ilə idi. Səbəb içəridə olanları Ərdoğanı bitirməyə az qaldıqları mesajını vermək idi. Azərbaycandan fərqli olaraq Türkiyədə hər keçən gün daha bir obyektlərini itirdiklərindən Gülən yenidən özü meydan oxumağa başlayıb.

https://www.youtube.com/watch?v=o4au-RL8hXc

Yenicag.az