Depressiya çoxmaskalıdır. Hər ağlayan, küsən, otağa çəkilən depressiyada demək deyil. Hər gülən, pozitiv insan da depressiyası yoxdur anlamına gəlmir. Depressiyanın maskaları çoxdur, ən təhlükəlisi də elə bu maskalı olanlardır.
Yenicag.az xəbər verir ki, zahirən xoşbəxt görüntü yaradıb, əslində ağır depressiyada olan insanların diaqnozu “gülən depressiyadır”.
Hazırda bu termin çox populyar olub, daha çox gənclər arasında yayılıb. Psixoloqlar buna atipik, maskalanmış vəziyyət deyirlər. Həqiqətən də depressiyanın bu forması var və məhz bu insanlar suisid riski daşıyır. Yəni depressiyasını məharətlə gizlədən insanlar intiharın bir addımlığında ola bilər.
İntihara meyilli olurlar
Onları cəmiyyətdə, ətrafınızda tanımaq, duyuq düşmək çox çətindir. Adətən bu adamlar başqalarının arxa dayağı olan, dinləmək qabiliyyəti güclü, öz problemlərini özləri həll edən, yüksək utanc hissi olan şəxslərdir.
İşləri, evləri, məqsədləri, ətrafı, təhsili, ailəsi belə ola bilər və hətta bu üstünlüklərinə görə başqalarından seçilir.
Gündəlik həyatda aktiv ola bilirlər və asanlıqla hər kəslə ünsiyyət qururlar.
Lakin onların daxilində çox böyük bir ümidsizlik, bezginlik, qaranlıq var və çox zaman təklikdə qalanda, gecələr və yatmazdan əvvəl və səhər yuxudan oyananda “bu gün hər şeyi bitirməliyəm, belə olmaz” fikrini çox düşünürlər.
Güləyən depressiya formasında olan insanların daxili gücü o qədər çox olur ki, əgər intihar məqsədləri olarsa, bunu düşünüb, rahatlıqla edə bilərlər. Adətən belə hadisədən sonra ətrafı, ailəsi şoka düşür və bu insanın özünü şübhəli aparmadığını, deyib güldüyünü bildirirlər.
Gülən depressiyanın digər əlamətləri:
– Aclıq hissinin olmaması, güclə yemək, iştahsızlıq
– və ya əksinə dəhşətli dərəcədə aclıq, çox yemək, doymamaq
– Əl-ayaqlarda sanki ağır beton qandallar varmış hissi
– Tənqidə dözümsüzlük, ətrafa qarşı kritik olmaq
– Səhərlər çox pis əhval ruhiyyənin olması
– Yuxunun pozulması
– Həyatındakı xoş hadisələrin ona təsir etməməsi
– Növbəti il üçün planının olmaması
– Yeni geyim və s almamaq
– Beyində daimecə xilas olmalı?
pis xatirələri, uğursuzluqları düşünmək
Bu maskadan nBu adamlar özləri şəxsən psixiatr və psixoloqa müraciət etməsələr, heç kim onlara diaqnoz qoya bilməyəcək.
Atipik formanı təyin etmək çətindir.
İçində qaranlıq hökm sürdüyünü kiməsə bildirməli və yardım istəməlidirlər.
Gülən depressiya gənc yaşlarından başlayıb, irəli yaşlarda da ara-sıra görünə bilər.
Bu insanlar düşdükləri vəziyyətə görə özlərini günahkar bilir, utanır, qınayır, daim özlərini tənqid edirlər. Öz düşdükləri vəziyyətdən belə utanırlar.
Kİmsə onları bu qaranlıq quyudan çıxarıb, mütəxəssisə müraciət etməyin vaxtı çatdığını bildirməlidir.
Məsələnin ciddi olduğunu qəbul etsələr, vəziyyət yaxşılığa doğru dəyişə bilər.
Nə etməli?
– Mütləq idman, yoqa, meditasiyaya üz tutmalı
– Sizin ruhunuzla məşğul olacaq adamlar tapmalısız, sadəcə özünüzü onlara etibar edin
– Heş vaxt getmədiyiniz yerlərə gedin
– Heç vaxt etmədiyiniz işlərə, kurslara yazılın
– Mütləq idman növlərindən birinə gedin
– Psixiatla birgə koqnitiv-davranış terapiyasına başlayın, bu sizə adət etdiyiniz düşüncə ssenarilərini dəyişməyə kömək edəcək
– Heyvan saxlayın və onun qayğısına qalın
– Həyat missiyanızı özünüzə yox, hansısa digər bir insanın inkişafına bağlayın. Yəni özünüz üçün yox, onun üçün yaşayın/Medicina/