!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən Ərdoğanı Soma ilə “vurdu”

!Reklam – Yazi

Tayyip_erdogan_fethullah_gulen“Kimsə yoxmu?” dərnəyinə 10 min dollar bağışlayan camaat öndəri cinayət işinin açılmasını tələb edir

 Türkiyədə Soma və Bosniyada baş verən faciə və fəlakətlərlə bağlı başladılan yardım kampaniyasına Fətullah Gülən də qoşulub. Amerikada yaşayan camaat lideri tərəfdarları tərəfindən qurulan “Kimsə yoxmu?” dərnəyinin bu kampaniyasına 10 min dollar bağışlayıb.

Gülənin çıxışlarının yayıldığı Herkul.org saytının redaktoru Osman Şimşək bildirib ki, xüsusilə yetim qalan uşaqlara yeniyetməlik yaşına gələnə qədər baxılması, ehtiyaclarının qarşılanması tövsiyyə edib.

Şimşək, Gülənin Somadakı hadisənin üzərinin “tale və şəhidlik” sözləriylə örtülə bilinməyəcəyini, bu andan etibarən hadisənin dərin araşdırılmasına ehtiyac olduğunu bildirib. Faciənin hüquqi olaraq araşdırılması, iddianamələrin irəli sürülməsi və günahkarların cəzalandırılmasının vacibliyinə diqqət çəkən F.Gülən bunun gələcəkdə eyni hadisələrin yaşanmasının qarşısının ala biləcəyini vurğuladı.

 

Qeyd edək ki, Gülənlə arası yaxşı olmayan Ərdoğan Soma qəzasını “bu işin mahiyyətində qəza var” sözləri ilə dəyərləndirmişdi.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv