!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gülən Erməni Diasporu ilə bərabər hərəkət edir”- İslamçı yazar

!Reklam – Yazi

ahmet-tasgetiren-gulen-in-son-konusmasindan-anlasiliyor-ki_mPeyğəmbərimizi təhqir edən “Cümhuriyyət”ə sahib çıxan “Zaman”ın sahibi Gülən AKP-nin tarixin qara səhifəsinə keçəcəyini bildirdi

Gülən camaatının mediası üçün tək müqəddəsin Fəthullah Gülən olduğu bir dəfə daha təsdiqləndi. Fransız karikatura jurnalı “Charlie Hebdo”nun yenidən Həzrəti Peyğəmbərimiz (s) ilə bağlı karikaturaları dərc etməsindən sonra “Cümhuriyyət” qəzetinin eyni provokasiyanı Türkiyədə etməsinə edilən etiraza “Zaman” qarşı çıxdı.

“Cümhuriyyət” qəzeti jurnaldan 4 səhifəni yayınlarken yazarları Hikmət Çetinkaya və Ceyda Karan, Hz. Məhəmmədin karikaturasının verildiyi jurnalın üz qabığını köşələrindən yayımladılar. Böyük reaksiya görən bu təxribata dəstək verən isimlərin başında isə “Today`s Zaman” yazarı İhsan Yılmaz gəldi. Yılmaz, Peyğəmbər Əfəndimizə təhqir edilən jurnalın üz qabığını yayımlayan “Cümhuriyyət” yazarlarına “sizinləyəm” deyərək dəstək verdi.

“Zaman” qəzeti bu provokasiyaya görə, “Cümhuriyyət”ə etirazları isə “mediaya basqı” kimi qələmə verdi.

Halbuki bir neçə il öncə Gülən haqqında karikatura çəkilincə, “Zaman” və “Samanyolu” şüvən salmışdı. Həmin karikaturanı verən saytları “Bunların dini-imanı yoxdur, danimarkalı karikaturaçıdan fərqləri yoxdur” deyə, təhdid etmiş, Gülənlə bağlı karikaturanı hər yerdən yığışdırmışdılar. Bu dəfə isə o karikaturadan bəhs edilməyərək, sadəcə hücum edənlər gözdən salınıb, “Cümhuriyyət”in tərbiyəsizliyi media azadlığı kimi qələmə verildi.

Bu addım Gülən Camaatı arasında da böyük narazılığa səbəb olduğu kimi islamçı yazarların da ciddi tənqid obyekti oldu. Məsələn, Türkiyənin zamanında Gülənin yanında olan tanınmış yazarlarından Ahmet Taşgetiren Güləni erməni diasporu ilə qoyun-qoyuna olmaqda suçladı.

“Star” qəzetindəki köşəsində “CamİA”nın Ərdoğan düşmənçiliyinin getdikcə Türkiyə düşmənçiliyinə çevrildiyinə diqqət çəkən yazar “2015-ci ildə erməni diasporunun planlaşdırdığı ‘Türkiyə əleyhdarı’ hərəkətlərlə paralellik qurmaqdan çəkinməyən bir “Camaat dili”nin ortaya çıxıb və bu o camaatın içindəki parçalanmanı sürətləndirəcək”-deyə, qeyd edib.

Yazar Gülən camaatının  istər media dilinin, istərsə də Gülənin özünün  Tayyib Ərdoğan düşmənliyinin Türkiyə əleyhdarlığı halında ətə-sümüyə büründüyünü və son dərəcə düşünmədən, hətta karikatura provokasiyasına dəstək verəcək səviyyəyə qalxdığını bildirib: “Əslində AKP hökumətinin şəxsində Türkiyəyə qarşı həyata keçirilən “terroru dəstəkləmə kampaniyası” nın, Mavi Marmara hadisəsində beynəlxalq planda sıxışan İsrailin planlarına uyğun olduğu açıqdır. Ah bir Türkiyə, “terroru dəstəkləmək” lə bağlı beynəlxalq məhkəməyə düşsə və Tayyib Ərdoğan orada diz çökdürülsə … Ərdoğanın açıqdan dəstəklədiyi Həmasın Əl-Qaidə və Boko Haram kimi terror təşkilatları ilə birlikdə xatırlanmasının arxasında da, Türkiyəyə qarşı bir sui-qəsdin olmadığını görməmək, ancaq gözləri bağlamaqla mümkündür”.

Bu arada Gülən növbəti söhbətində karikatura rəzalətinə toxunmazkən, AKP-yə qarşı bütün nifrətini ortaya qoyub.  AK Partiyanın tarixin səhifələrinə qapqara olaraq keçəcəyini bildirən Gülən bunları söyləyib:

“Nə qədər səmimi görünürlər, görünsünlər, gələcəkdə tarixin səhifələrində qara ləkə olaraq yazılacaq. Onlar məsələyə ‘Ağ’ desələr də, qırmızımtıl, narıncı desələr də, qapqara bir ləkə olaraq tarixin səhifələrinə axacaqlar.”

 Yenicag.az

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv