!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən Mediaya daha bir ağır zərbə

!Reklam – Yazi

72995Türkiyə PKK terroru ilə mübarizə apararkən, terrora ən böyük dəstəyi verən Gülən Mediasına qarşı da sərt tədbirlər alınmaqda davam edir. Dövləti ələ keçirmək, gizli məlumatları xarici kəşfiyyata ötürmək və s. ittihamlarla suçlanan Fətullah Gülən Terror Şəbəkəsi son dönəmdə açıq PKK tərəfdarına çevrilib. Belə ki, vaxtilə dövlətin PKK-nı tərksilah etmək üçün apardığı danışıqları xəyanət olaraq qələmə verən FETÖ hazırda PKK-nın siyasi qanadı olan HDP-nin yenidən barajı aşmasına çalışır. Gülənistlər HDP-nin barajı aşması üçün terror olaylarında PKK-nın deyil, Ərdoğanın rolunun olduğunu iddia edirlər.

Samanyolu, Kanaltürk, Bu gün və digər yayım orqanlarında açıq şəkildə Ərdoğanı suçlayırlar.

Gülən Şəbəkəsi ilə bağlı iddianamələrin də hazırlanması ilə yanaşı Gülən Mediaya qarşı profilaktik tədbirlər görülməkdədir. Belə ki, “Samanyolu” və “İpək Media” Qrupları Tivibu, Digitürk və Türkcell TV-dən sonra Kablo TV və Teledünya platformalarından da çıxarılıb. Hər iki platform da baş prokurorluqdan gələn məktubu əsas gətirərək, hər iki qrupa bağlı telekanalların fəaliyyətinə son veriblər. Qeyd edək ki, hər iki media platform Türksat qrupuna aiddir.

Yenicag.az

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv