“Axşam” qəzeti: “Gülən camaatın məktəblərinin olduğu hər bölgədə eynilə Türkiyədəki kimi paralel dövlət qurulub”
Türkiyə mətbuatı Azərbaycandakı Fətullah Gülən Şəbəkəsinə yenidən diqqəti yönəldib. Nüfuzlu “Axşam” qəzetinin bu gün yayımladığı “Ata yurdunda Paralel şəbəkə” adlı yazısı Azərbaycan, Türkmənistan və Özbəkistandakı fətullahçılardan bəhs edir. Daha çox təhsil sahəsindəki fətullahçılardan bəhs edilən yazıda Türkiyə Prezidenti Ərdoğanın ‘müəllim maskası altında gizlənən agentlər’ deyərək barələrində danışdığı şəxslərin Asiyada da ciddi təşkilatlandıqlarına diqqət çəkildi.
Yenicag.az xəbər verir ki, yazıda Wikileaks bilgilərindən də istifadə edilib. Qeyd olunur ki, CIA-nın hesabatlarında bu təşkilatın, Türkiyədəki kimi Asiya və Afrikada da Paralel dövlət qurmağa çalışdığını göstərilib: “Hərbi də daxil olmaqla, bütün sahələrə sızmağa çalışırlar”. CIA-nın hesabatlarında açıq şəkildə bildirir ki, camaatın məktəblərinin olduğu hər bölgədə eynilə Türkiyədəki kimi paralel dövlət qurulub. Amerika Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) düşüncə quruluşu olaraq bilinən STRATFOR-un hesabatlarında isə bu təşkilatın Azərbaycan da daxil olmaqla Orta Asiyada da bənzər fəaliyyətlər içində olduğunu göstərilib.
Yazıda nazir müavinləri olan imamlardan da bəhs edilir: “Ölkələrin hərbi akademiyalarını ələ keçirməyə çalışan, xarici hökumətlərə nazir müavini olaraq təyin olunmuş imamlar və siyasətə bulaşan məktəb rəhbərləri məktəblərdən casusluq üçün istifadə edirlər”.
Yazının AZƏRBAYCANla bağlı hissəsi aşağıdakı kimidir:
“ABŞ-ın Azərbaycan səfirliyindən aralarında CIA və ABŞ Müdafiə Nazirliyinin da olduğu çox sayda təşkilata göndərilən 5 Avqust 2008-ci il tarixli, çox gizli hesabatda, dərin təşkilatın (Fətullahçı şəbəkənin) Azərbaycandakı məktəblərinin bölgədə olan Türk müəssisələri və Azərbaycan mediasıyla əlaqələr qurduğunu, eyni zamanda, 1992-ci ildən bu yana bölgədə fəaliyyət göstərdiyini vurğulanır. Hesabatda, radiodan TV-yə qədər Paralel Quruluşa aid medianın da bölgədə qurulduğu ifadə edilərkən təşkilatın bölgədəki təhsil qanadı olan “Çağ Öğretim”in hökumətlə yaxşı əlaqələrini davam etdirə bilmək üçün hökumətdə yaxınlıq qurduğu şəxslərə rəsmi olmayan ‘xidmət haqqı’ verdiyi ifadə edilir. Bunun qarşılığında isə hökumətdəki bu şəxslər uşaqlarını bu məktəblərə göndərirlər.
ABŞ-dan viza alırlar
Sənədlərdəki məlumata görə, 2006-cı ildə Azərbaycan hökuməti ölkədəki Paralel şəbəkəni məhdudlaşdırmaq üçün siyasi addım atıb. Bir digər maraqlı məlumat isə, ABŞ-ın Azərbaycandakı səfirliyinə viza almaq üçün gələnlərin böyük hissəsinin ABŞ-dakı camaat məktəblərində çalışmaq istədikləridir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə keçən il “Çağ Öyrətim”i almış və bu il iyun ayında bağlanılmasına qərar vermişdi(Anlaşılan odur ki, türk mediası SOCAR-dakı fətullahçı şəbəkənin oyunlarından xəbərsizdir . –red.).
‘Gələcək nəsilləri onlar yaradır’
TÜRKMƏNİSTAN
17 Aprel 2009-cu ildə ABŞ-ın Aşqabaddaki səfirliyindən göndərilən çox gizli hesabatda, camaatın buradakı məktəbləri ilə hökumət arasındakı əlaqələri Muammer Türkyılmaz adlı bir türkün təmin etdiyi və nazir müavini olan bu adamın özünü Gülənin yoldaşı olaraq tanıtdığı ifadəsi yer alır.
Gizləmə qabiliyyətlərinə xüsusi diqqət
Hesabatda, elit təbəqənin uşaqlarını bu məktəblərə göndərdiyi qeyd edilir. Ən maraqlı detal isə hesabatı hazırlayan Səfirlik işçisinin ölkədəki bu təhsil müəssisələrinin özünü gizləmə qabiliyyəti sayəsində də ABŞ hökumətinin uzunmüddətli partnyoru ola biləcəyi ilə bağlı təklif irəli sürməsidir.
ÖZBƏKİSTAN
4 Oktyabr 2010-cu il tarixində “STRATFOR”un mütəxəssis analitiki Lauren Goodrich hesabatında, Paralel şəbəkənin rəhbərliynin Norci adlı müxalif siyasi qrupa yaxınlaşdığına görə, hökumətin 2001-ci ildən etibarən ölkədə bu təşkilata aid məktəbləri, biznes, QHT-ləri bağlamağa başladığı ifadə edilir. Camaat liseylərindən məzun olub, hökumətdə əhəmiyyətli vəzifələrə gələnlərin “vurulduğu”na da toxunulur.
Yazının linki:
http://www.aksam.com.tr/siyaset/atayurdunda-paralel-ag/haber-359684
Yenicag.az