Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Şəbəkəsinin əsas qurumlarından olan “Qəzetçilər və Yazarlar Vəqfi”nin təşkil etdiyi Abant Platformunun 34-cü toplantısı PKK terror təşkilatının siyasi qanadı olan HDP-dən olan deputatların iştirakı ilə gerçəkləşib.
Yenicag.az Yeniakit.com.tr-yə istinadən xəbər verir ki, PKK-nın təbliğatının aparıldığı toplantının sonunda Türkiyə dövlətinə qarşı xain bəyanat imzalanıb.
Belə ki, Camaat və PKK tərəfdarları Türkiyənin cənub şərqində baş verən terror hadisələrinə görə, dövləti ittiham ediblər. PKK-ya qarşı heç bir xəbərdarlığın edilmədiyi bəyanatda dövlətin o bölgədə avtoritarizm qurmağa çalışdığı qeyd edildi.
Dövlətə PKK ilə silahlı mübarizənin yalnış olduğu mesajı verilən toplantıda bölgədəki xalqın mal və canının təhlükəsizliyini qorumaq üçün aparılan əməliyyatlar da pislənildi.
Qeyd edək ki, Gülənin fəxri sədri olduğu Qəzetçilər və Yazarlar Vəkfini Azərbaycanda “Dialoq Avrasiya Azərbaycan” Platformu və jurnalı təmsil edir. Platformun yeni rəhbəri isə Qafqaz Universitetinin dekanı Cəlil Ərdəmdir.
Yenicag.az