!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənə “övliya” deyən rektordan Azərbaycan əsilli millət vəkilinə çirkin ittiham – “Şiə agenti”

!Reklam – Yazi

ahmet-akgunduzTürkiyənin Musula daxil olub-olmaması müzakirələri ilə paralel gündəmə gələn şiə-sünni məsələsi artıq fərqli məcraya çəkilir. Belə ki, bu günlərdə Türkiyədə populyar olan “Əcəm casusluğu” məsələsinə Rotterdam İslam Universitetinin rektoru, professor Əhməd Akgündüz də qatılıb.

Ad çəkmədən AKP-nin Azərbaycan əsilli İğdır millət vəkili Nurəddin Arası “şiə agenti” adlandıran rektor öz “Twitter” hesabından bunları yazdı: “Dövlətimiz İğdırda oynana oyuna, şiə agenti olduğu söylənilən iqtidar millət vəkilinə, şiə qəzetlərin yalanlarınavə onların işbirlikçilərinə diqqət etməlidir”.

Untitled-1(234) Əhməd Akgündüz ad çəkməsə də, iki millət vəkili olan İğdırın yeganə AKP-li millət vəkili Nurəddin Arasdır. Digəri isə HDP-dən seçilib.

Qeyd edək ki, rektor hazırda Türkiyə hakimiyyətinə yaxın davransa da, bir zamanlar Gülənin övliya olduğunu bildirmişdi. Gülənin Türkiyəyə gəlməsinə ətrafının icazə vermədiyini deyib, Pensilvaniyaya yalnış informasiya verildiyini qeyd etmişdi. Bundan başqa Gülən Örgütünün əleyhinə danışdığı üçün Latif Ərdoğanı qınamış, onu iki haqq (?) qrup arasındakı (Gülən ilə Ərdoğanı nəzərdə tutaraq) nifaqı alovlandırmaqda və bununla din düşmənlərinə kömək etməkdə ittiham etmişdi.

Xatırladaq ki, Akgündüz 2014-cü ilin əvvəllərində həm də “Quran və Peyğəmbərin AKP-Gülən camaatı ittifaqını əmr etdiyini önə sürüb, AKP-Camaat savaşının dayandırılnasının vacibliyini vurğulayırdı. 15 iyulda Türk xalqının üzərinə bombalar yağdıran FETÖ ilə ixtilafın Türkiyəni içəridən bitirəcəyini müdafiə edən Əhməd Akgündüzün yeni hədəfi bölgədə ciddi nüfuz sahibi olan Araslardır.

3dvk599lwm4gkswg0gİğdır və ətraf bölgələrdə ciddi dayaqlara və nüfuza malik azərbaycanlı ailənin ağsaqqalının bu şəkildə özünü iqtidar partiyasına yaxın göstərən rektor tərəfindən “vurulması”nın başqa səbəbləri də araşdırılmalıdır.

Mövzuya qayıdacağıq.

Yenicag.az

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv