Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Gülənə qarşı böyük əməliyyat gözlənilir – Özəl

1419457961427Hazırda Türkiyəni ciddi bir həbs dalğası gözləməkdədir. Yenicag.az İstanbuldan xəbər verir ki, bir sürpriz olmasa, il sonuna qədər Fətullah Gülən Örgütünün çox ciddi dayaqlarına sarsıdıcı zərbələr vurulacaq.

Belə ki, dünən “Zaman” qəzetinin qapalı məhkəmə görüntülərini yayması göstərdi ki, Camaat hələ də güclüdür və onun asanlıqla bitdiyini düşünmək yanlışdır.    Bu səbəbdən də Türkiyə dövləti Paralel Dövlət Yapılandırması adı verilə bu şəbəkəyə qarşı çox ciddi hücum hazırlığındadır.

Bu hücum əsasən Paralel Şəbəkənin media və biznes qanadına qarşı nəzərdə tutulub. Həbs olunanların etirafları və digər suç dəlilləri bu əməliyyatın başlanması üçün əsas sayılacaq.

Qeyd edək ki, Fuat Avni adlı camaatın sosial media fenomeni də Ərdoğanın “Samanyolu” və “Zaman”a əl qoyacağını bildirib.

Gülən Örgütünün onlarla media quruluşu olsa da, “Zaman” və “Samanyolu” Gülənin rəsmi orqanları sayılmaqdadır. Baxmayaraq ki, məhkəmədə Hidayət Karaca və Əkrəm Dumanlı bunu inkar ediblər.

Hidayət Karaca: (Gülənlə əlaqəsi barədə suala cavab verərkən) Mənim televiziyamda proqramı var. Əlaqəmiz bununla məhduddur.

Əkrəm Dumanlı: (Gülənlə əlaqəsi barədə suala cavab verərkən) “Zaman”da köşə yazarıdır.

Bu arada Gülənin təlimatı ilə “Bank Asya”ya pullarını yatıranlar da geri çəkməyə başlayıblar. Camaat nə qədər çalışsa da, bankın batacağına dair dedi-qodular insanları ciddi narahat edib.

Gülən ilə bağlı son məlumatda deyilir ki, Ərdoğan Fətullah Gülənin sadəcə Türkiyədə deyil, digər ölkələrdəki şəbəkələrini də çökdürməklə bağlı təlimat verib. Son olaraq, Almaniyada yaxalanan 3 MİT mənsubunun da bu məqsədlə Avropaya getdiyi vurğulanır. Lakin Gülən Örgütü onların fəaliyyətini gizli şəkildə araşdırna bu şəxslərin kimliyindən qısa zamanda xəbər tutaraq, onları casusluq ittihamı ilə həbs etdirməsi Türkiyə dövlətini bu barədə daha tədbirli davranmağa məcbur edib.

 

www.yenicag.az

375