“Gülənə qarşı ehtiyatlı olmalıyıq” – İngiltərənin xarici işlər naziri

herekdd

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda Türkiyədə səfərdə olan İngiltərənin xarici işlər naziri Boris Consonla birgə mətbuat konfransı keçirib.

Lent.az-ın “Sözcü”yə istinadən məlumatına görə, konfransda çıxış edən M.Çavuşoğlu Suriya məsələsində Türkiyənin İngiltərə ilə eyni mövqedə olduğunu deyib.

Nazir bildirib ki, İngiltərə PKK terror təşkilatı ilə mübarizədə Türkiyəyə dəstək olur.

İngiltərənin xarici işlər naziri B.Conson isə çıxışında bildirib ki, Fətullah Gülən Şəbəkəsi ilə bağlı açıqlama verib. Nazir jurnalistlərin “İngiltərə Fətullah Gülən Şəbəkəsinə qarşı hansı tədbirləri görür?” sualına belə cavab verib: “Gülənizm və onların davranış forması bizim yeni qarşılaşdığımız bir şeydir. Türkiyəli həmkarlarımızdan bu təşkilatın dünyadakı digər təşkilatlardan nə ilə fərqləndiyini öyrənmək üçün məlumatlar alırıq. İyulda olan hadisələr dəhşətli idi. Gülən təşkilatının ölkəmizdə səbəb ola biləcəyi mənfi halların qarşısını almaq üçün çox ciddi və ehtiyatlı davranmalı olduğumuzu düşünürəm”.