!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənə qarşı “Himmət əməliyyatı”nın pərdəarxası – Sırada Azərbaycan var?

!Reklam – Yazi

fetullah-gulenGülən Terror Şəbəkəsinə bağlı iş adamlarının birləşdiyi TUSKON-a bağlı Florya İş adamları Dərnəyinə (FİADER) polis tərəfindən təşkil edilən basqında, Fətullahcı Terror Təşkilatına maliyyə dəstəyi vermək üçün bir araya gələn 19 dərnək üzvü həbs olunub. Gizli “Himmət” toplantısına basqın edən polis masanın üzərində 400 min lirə, 50 min dollar və 600 min lirəlik çek və sənəd ələ keçirdi.

Gülənə qarşı İkinci Himmət Əməliyyatı olaraq, adlandırılan basqında kompyuter və digər texnikalar da müsadirə edildi.

Qeyd edək ki, Gülən Camaatının əsas maliyyə qaynağı olan “Himmət” toplantıları davamlı olaraq, hər ölkədə keçirilir. Özlərinə yaxın iş adamlarının qatıldığı toplantılara yeni dəvət olunanlar dini söhbətlərlə “yumşaldılır” və onlardan külli miqdarda pul alırlar. Xaricdə çalışmasına yardım edilən firmalardan da 20 faiz “Himmət parası” alınır.

Camaatın 1978-ci ildən bəri davamlı olaraq, həyata keçirdiyi “Himmət toplantıları” daha çox “təhsilə dəstək” adı altında keçirilir. Məsələn, bir müddət bu toplantılar İstanbulda “Mərmərə Təhsil Qurumları”nın toplantısı olaraq keçirilirdi. O toplantılarda nə qədər pulun toplandığı bilinməsə də, təkcə İzmirdə 500 milyon dollar toplandığı iddia olunur. Qeyd olunur ki, toplantıda yığılan pulların yüzdə 10-u Pensilvaniyaya göndərilir. Qalanı isə toplanan şəhərdəki Camaat xərclərinə və o şəhərin kurasiyasında olan bir xarici ölkədəki şəbəkə məsrəflərinə sərf olunur.

Bu səbəbdən də maliyyə polisi FETÖ-nü çökdürmək üçün əyalətlərdəki “Himmət toplantıları”na davamlı olaraq, basqınlar edir.

Qeyd edək ki, Azərbaycanda da bu toplantılar uzun illər Ənvər Özərən və TUSİAB rəhbərliyi səviyyəsində davamlı olaraq, keçirilib. Himmət pullarının yatırıldığı “Bank Asya”nın ortaqlarından olan Ənvər Özərənin ən son 7-8 ay öncə “Aral” Grupdan “bağlanan” liseylərinə bina tikmək üçün  “yardım” istədiyini qeyd etmişdik.

Onu da vurğulamaq gərəkir ki, “Himmət” həm də yarışdır. Bu yarışda kim daha çox pul verərsə, o, Pensilvaniyaya dəvət olunur və Gülənin qatıldığı söhbətdə iştirak edir. Azərbaycandan da hər fevral ayında belə səfərlər təşkil edilməkdədir.

Yəqin ki, Azərbaycan hüquq mühafizə orqanları araşdırarsa, bizim ölkəmizdən də heç də az “Himmət parası” yığılmadığının şahidi olarlar. Belə ki, TUSİAB və İpək Yolu təşkilatlarının iriçəkili üzvlərinin ən az 500 min-1 milyon dollar “yardım” etdikləri bilinməkdədir.

Sonda vurğulamaq lazımdır ki, Gülənin əsas adamlarının “Himmət pulları”nı qumarda yeməsi, köpüklü seks partiyalarında xərcləməsi və ən son Ermənistana qaçan Zəkəriyya Özün  bir neçə milyonluq “Bugatti” alması insanları diskindirib. Yəni, polis basqını ilə yanaşı bu Camaata sırf dini duyğularla yardım edən müsəlmanlar da artıq onları tanımağa başlayıblar.

Bu məsələdə Gülənin PKK ilə olan işbirliyilinin də ayrı rolu var.

A.Ələsgər/Yenicag.az

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv