Reklam: High Technic
hightechnic

Gülənin Azərbaycan üzrə imamı “Bank Asiya”ya 61 000 000 yatırdı – Video

yenicag_palmaliTürkiyədə  Gülən  camaatına  aid  olan  və artıq çöküş dövrünü  yaşayan  “Bank Asiya”nın fəaliyyətlərinə davam etməsi üçün, “paralel dövlət”in  ən böyük havadarları, firmalar və iş adamlarının səfərbər olaraq  92 milyon TL topladığı müəyyən edilib.

Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki,  13 firma və şəxsin olduğu siyahıya  Kaynak  Holdinq rəhbərlik edir.

“Bank Asiya”nın  maliyyəçisi  olan şirkətlər və şəxslərin siyahısı:

  • Kaynak Holding 61.000.000
  • Ahmet Çelik 13.014.000
  • KAS Tanker (İhsan Kalkavan) 4.490.000
  • Negiş Giyim 3.500.000
  • Ali Akbulut 3.170.000
  • İbrahim Sayın 2.500.000
  • Aydınlı Grup 1.500.000
  • Ali Yarkın 1.500.000
  • Mehmet Şanlıkaptan 643.500
  • Hasan Sayın 500.000
  • Yavuz Malkaton 100.000
  • Hasan Kutlubaş 45.000
  • Mustafa Kemal Özemir 4.500

 

TOPLAM 91.967.000

 

Yenicag.az qeyd edir ki, siyahıda olan bir sıra insanlar Azərbaycanda tanınırlar. Məsələn, Kaynak Holdinqin İdarə Heyətinin başçısı Naci Tosun Gülənin Azərbaycan da daxil olmaqla keçmiş sovet ölkələri üzrə İmamıdır. Ənvər Özeren, Mesut Kurnaz və digərləri birbaşa Naci Tosuna bağlıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən NT (köhnə adı NİL) Mağazalar Şəbəkəsi də Kaynak Holdinqə bağlıdır. Naci Tosun ən son Çağ Öyrətim şirkətinin 20-ci illiyində çıxış etmişdi.

 

 

“Bank Asiya”ya sərmayə qoyaraq Gülənin bankının batmamasına çalışanlardan biri İhsan Kalkavandır.

Kalkavan Türkiyədə “Gülən üçün ölərəm” sözü ilə məşhurdur.

 

Yenicag.az

www.yenicag.az

69