Gülənin “Boğaziçi” körpüsü ilə bağlı “Atatürk” provokasiyası baş tutmadı

bogaz-koprusuTürkiyənin baş naziri Binəli Yıldırım “Boğaziçi” körpüsünün adının dəyişdirildiyini bildirib.

Yenicag.az xəbər verir ki, Yıldırım açıqlamasında körpünün yeni adının “15 İyul Şəhidlər Körpüsü” olduğunu deyib.

O, bu vasitə ilə demokratiya uğrunda dünyasını dəyişənlərin xatirəsinin daim anılacağını qeyd edib.

Qeyd edək ki, Yıldırımın bu açıqlamasından sonra kripto paralelçilər “Boğaziçi” körpüsünün əsl adının “Atatürk” körpüsü olduğunu və bununla AKP-nin Mustafa Kamal Atatürkün adını sildiklərini iddia ediblər. Ancaq iddia qısa zamanda öz əksini tapmayıb. Belə ki, İstanbulda “Atatürk” adının məşhur Unkapanı körpüsünün rəsmi adı olduğu ortaya çıxıb. 1936-cı ildə açılan körpü bütün rəsmi kitablarda bu isimlə adlandırılıb. Boğaziçi körpüsü isə 1973-cü ildə açılışından bu tərəfə rəsmi olaraq, “Boğaziçi” adlandırılmaqdaydı.

COP29