Barələrində cinayət işi açılan Türkiyənin sabiq prokurorları və Fətullahçı Terror Örgütünün ən aktiv üzvləri Zəkəriyyə Öz və Cəlal Karanın Gürcüstandan Ermənistan ərazisinə keçdikləri məlum olub.
Yenicag.az xəbər verir ki, adları çəkilən prokurorlar, “mütəşəkkil qrup” yaratmaqda ittiham olunurlar. Yenicag.az bundan öncəki yazıda onların Gürcüstanda qala bilməyəcəyini və qonşu ölkələrdən birinə keçəcəklərini bildirmişdi.