Gülənin Ərdoğana qarşı son savaşı – Hərbi çevrilişə hazırlıq?

page_gulen39in-28-subat-yorumu-asker-anayasal-yetkisini-kullandi_107944705Türk peykindən silinən Paralel Dövlət Terror Şəbəkəsi lideri Fətullah Gülənin həftəlik söhbətlərinin yayımlandığı Herkul.org saytına giriş də məhkəmə qərarı ilə bağlanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlət əleyhinə çıxışlar etdiyi sayta “terror örgütünün təbliğatını aparması”na görə, girişə qadağa qoyulub.

Gülənin vəkili Osman Şimşək qərarı Tvitterdən təsdiqləyib.

Qeyd edək ki, Gülən bu saytdakı son çıxışında tərəfdarlarına Ərdoğana qarşı qələbə qazanacaqlarını vəd edərək, “Yezid sizdən halallıq istəyəcək” deyərək, meydan oxumuşdu. 1 noyabr seçkilərindən sonra parçalanma həddinə gələn Paralel Şəbəkə AKP içindəki “kripto”ların meydana qayıtması ilə yenidən partiyanı bölmə və Ərdoğanı bitirmə məsələsində ümidləniblər.

Ordu içərisindəki fətullahçı zabitlərin son Hərbi Şura qərarları ilə yüksək vəzifələrə gəlmələri də onları ümidləndirib. Belə ki, Gülənin siyasətdə növbəti uğursuzluqla qarşılaşarsa, ordu içindəki adamları ilə rejimi dəyişdirmək istədiyi vurğulanır. Ancaq PDŞ ilə mübarizədə qərarlı olan Ərdoğanın bu planı da düşünmədiyi ehtimal olunmur.

Yenicag.az

COP29