Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gülənin fotoşəkilindəki şok detal: Amerika polisinin papağı və... – Foto

Reklam: Sinerji Pro

FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin 7 il əvvəl çəkilmiş fotoşəkli üzə çıxıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ ilə bağlı aparılan təhqiqat çərçivəsində “Kaynak Holding”də aparılan araşdırmada təşkilatın rəhbəri Fətullah Gülənin öz müridlərini dövlət strukturlarına yerləşdirməsini təsdiqləyən yeni sənədlər aşkarlanıb.

Bu çərçivədə 2010-cu il iyulun 16-da Daxili İşlər Nazirliyində həyata keçirilmiş təyinatlardan 14 saat əvvəl FETÖ liderinin həmin nazirlikdə yüksək vəzifələrə yerləşdiriləcək adamlarının siyahısını təsdiqləyərək, imzaladığı məlum olub.

O anları əks etdirən şəkil isə “Kaynak Holding”də aparılan axtarış zamanı əldə olunan elektron informasiya bazasından tapılıb. Fotonun tədqiqatı isə ortaya maraqlı detalları çıxarıb.

Müəyyən edilib ki, Gülənin sözügedən şəkili 2010-cu il iyulun 16-sı Türkiyə vaxtı ilə saat 04:56-da çəkilib. Kadrda diqqəti cəlb edən əsas məqamlardan biri isə Gülənin siyahını imzaladığı otaqda ABŞ polisinə və həmçinin İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi əməkdaşına məxsus iki papağın olmasıdır.
Qeyd olunur ki, o zaman Daxili İşlər Nazirliyində həyata keçirilən kadr əvəzləməsi zamanı namizədlərin siyahısı həmin dövrdə İstanbulun polis rəisi olan, 15 iyul çevriliş cəhdindən sonra həbs edilən Hüseyn Çapkının nəzarətindəki qrup tərəfindən tərtib olunub. Nəticədə, Maliyyə Cinayətləri, Terrorla Mübarizə və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarələrinə FETÖ-çular yerləşdirildi.

Yenicag.Az

www.yenicag.az

438
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM