“Gülənin güclü olduğu ikinci ölkə Azərbaycandır”

imageGülənin liderlik etdiyi Terror Şəbəkəsinin “Tahşiye” yayın evinə və bir qrup ona müxalif olan müsəlmana qarşı qurma qurduğu iddiasıyla aralarında qaçaq şübhəli Fətullah Gülən, “Samanyolu Yayın Qrupunun rəhbəri Hidayət Karaca, sabiq polis rəisi Əli Fuad Yılmazer, Yurd Atayün və Ömər Kosanın də olduğu 33 şübhəlinin məhkəməsi davam edir.

Avropa.info xəbər verir ki, bu gün Türkiyədə Gülən camaatının zərərçəkənlərindən olan Azərbaycanda fəaliyyət göstərən “Büyükfirat” restoranlar şəbəkəsinin rəhbəri Hüseyn Böyükfırat zərərçəkmiş qismində ifadə verib.

Azərbaycanda biznesi olan iş adamı gülənçilərin ən güclü olduğu ikinci ölkənin Azərbaycan olduğunu deyib.

Məhkəmə prosesi zamanı zərərçəkmiş qismində çıxış edən Hüseyn Böyükfırat hakimin “Azərbaycanda sizə Fətullah Gülənlə bağlı nə isə deyən olubmu?” sualına belə cavab verib:

“Azərbaycanda bu quruluşun çox geniş fəaliyyəti var. Dünyada bəlkə də ən güclü olduqları ikinci ölkə, Azərbaycandır. Bu camaat məndən pul istədi. Onların etdiyi xidmətlə bağlı “Bir müsəlman olaraq sizə kömək edərəm ancaq mənim ölçülərinin var. Sizin tələbləriniz buna uyğun deyil, sizinlə heç bir əlaqəm ola bilməz dedim. Mənə şəxsən Fətullah Gülən xəbərdarlıq etdi, xəbər göndərdi. Fətullah Gülən 2003-cü ildə Azərbaycana girişimə qadağa qoydurdu”-deyə Büyükfirat qeyd edib.

Gülən qrupu ilə 2000-ci illərdə başlayan davaları olduğunu vurğulayan Büyükfırat daha sonra bunları deyib:

“İHH- nın (İnsani yardım Fakfı) qurucularındanam və Qafqaz nümayəndəsiyəm. Milli görüşdə olan adamam . Mənim üzərimdən İHH-ya əl qoymaq istəyirdilər. Uğurlu olsa idi, hədəf İHH idi. Bu adamlar 2000-ci ildən bəri mənə qarşı ağlasığımaz şəkildə təqiblə məşğul oldular” deyə iş adamı bildirib.