Reklam

Reklam

Türkiyə parlamentinin hakim AKP-dən olan deputatı Selçuk Özdağ FETÖ terror şəbəkəsinin əsas fiqurlarından biri olan Adil Öksüzün Ankaradakı xarici ölkə səfirliklərindən birində gizləndiyini düşünür.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 15 iyul çevriliş cəhdini Araşdırma Komissiyasının sədri Selçuk Özdağ uğursuz təşəbbüsdən 6 gün sonra ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng vurulduğu üzə çıxan FETÖ-çu Adil Öksüzlə bağlı ciddi məqamları açıqlayıb.

Məlumata görə, ABŞ səfirliyindən Adil Öksüzə edilən zəngin “ona açılmış vizanın ləğvi ilə bağlı olduğunu” açıqlayan Özdağ bu izahata şübhə ilə yanaşıb:

“Belə bir prosedur varmı? Səfirlik o vəziyyətdə hər kəsi axtarıb məlumat verirmi? Pasportunuzu götürüb gedirsiniz hava limanına, vizanız ləğv edilibsə, geri dönərsiniz”.

Xatırladaq ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ-nun Türkiyə Silahları Qüvvələri üzrə “imam”ı olduğu bildirilən Adil Öksüzə ötən il iyulun 21-də ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng vurulduğunu açıqladıqdan sonra ABŞ səfirliyi məsələyə bu məzmunda münasibət bildirmişdi:

“O gün (iyulun 21-i) Baş Polis İdarəsindən ABŞ-ın Türkiyədəki səfirliyinə zəng vuraraq, Adil Öksüzün Türkiyədən qaçmasına mane olmaq üçün yardım göstərilməsini xahiş ediblər. Bundan sonra Öksüzün vizasını ləğv etdik və ABŞ qanunlarına uyğun olaraq, ona bu barədə məlumat verməyə çalışdıq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."