Gülənin terror təşkilatını maliyyələşdirən iri holdinq rəhbərləri saxlanıldı

fft99_mf6695614-300x168Türkiyənin Kayseri vilayətində Boydak Holding-in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb. Trend bu barədə Türkiyənin “Sabah” qəzetinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, həmçinin holdinqin İdarə Heyətinin üzvü Şükrü Boydak da saxlanılıb.
Hazırda saxlanıların yaşayış yeri üzrə axtarışlar aprılır.
Qəzetin verdiyi məlumata göerə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.