Gülənist jurnalistlər türk mitinqindən qovulub, PKK-çılara qatıldılar

 

32233233Türkiyə Prezidentinin ABŞ səfəri həm də bu ölkədə yaşayan türk müxalifləri, PKK və Paralelçiləri hərəkətə gətirib. Belə ki, Ərdoğanın səfər proqramı öncədən elan olunduğu üçün onlar kiçik qruplar halında gələrək, tədbirlərin keçirildiyi binaların önündə etiraz aksiyaları keçirirlər.

Ancaq Gülənin liderlik etdiyi Paralel Dövlət Şəbəkəsi və PKK-nın Ərdoğan əleyhinə aksiyalara qatılması ABŞ-dakı müxalifətçiləri belə narahat edir.

Yenicag.az xəbər verir ki, analoji hal dünən Vaşinqtonda baş verib. Türkiyədən Gülənə bağlı olduqları üçün qaçan jurnalistlər Adəm Yavuz Aslan və Əmrullah Uslu müxalif türklərin aksiyasına qatılmaq istəyib. Fəqət Əmrullah Uslu və Adəm Yavuz Aslanı görən türklər Ərdoğanı unudub və bu iki gülənisti söyməyə başlayıblar. Aksiyaçılar Əmrullah Usluya “Ən böyük şərəfsiz sənsən, çamadançı” deyərək, biabır ediblər.

Onların həqarətlərini Əmrullah Uslu öz kamerası ilə çəkərək, paylaşıb.

Türklər tərəfindən qovulan fətullahçılar daha sonra PKK-nın Türkiyə və Ərdoğan əleyhinə aksiyasına qoşulublar.

 

Yenicag.az