!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənistlərin “Tahşiyə” əməliyyatında “Zaman” ayrı-seçkiliyi

!Reklam – Yazi

1443031284752Gülənin özünə qarşı olan dindarlara qarşı həyata keçirdiyi “Tahşiyə” əməliyyatı ilə bağlı maraqlı məlumat yer alıb. Belə ki, parallel polislər həmin əməliyyatı həyata keçirərkən, hadisələrin tam mərkəzində yer alan “Zaman” qəzetinin sabiq redaktoruna toxunmayıblar.

Belə ki, “Zaman” qəzetinin adının bu məsələdə hallanmaması üçün Ali Tokun adı siyahıdan çıxarılıb.

Hidayət Karaca, Ali Fuat Yılmazer kimi Gülənin əsas adamlarının həbs olunduğu Anti-Tahşiyə əməliyyatı zamanı istintaqa ifadə verən Ali Tok söhbət evində tapılan və “Ergenekon” sənədləri kimi qələmə verilən qəzet kağızlarının əslində süfrə kimi istifadə olunmaq üçün “Zaman” qəzetindən gətirdiyini bildirib.

8 il “Zaman”da redactor vəzifəsində çalışan Ali Tok bunları söyləyib:

“1993-ci ildə, həyat yoldaşımın qohumu Suat İldırımın vasitəsiylə “Zaman” qəzetində çalışmağa başladım, 1993-cü ildən 2001 -ci ilə qədər səhifə operatoru və katibi kimi işlədim. “Tahşiyə” əməliyyatının keçirildiyi zaman xəstə olduğum üçün həmin söhbətə qatıla bilməmişdim. Ancaq mənim israf olmasın deyə, gətirdiyim qəzet planlanmasından sonra atılan kağızları suç dəlili saymalarına etiraz etdim və bunların mənim tərəfimdən gətirildiyimi bildirdim. Bildirdim ki, mənim və dostlarımın heç bir terror təşkilatı ilə əlaqəmiz yoxdur. Mən həyatımda əl qumbarası görməmişəm. Mehmet Doğan da xəstə adam idi. Gəlib zorla dərsini deyir, sonra bizim köməyimizlə evinə aparılırdı.  Belə bir insane sırf Gülənə qarşı olduğu üçün terror örgütü lideri elan edildi. Bombanı bizim olduğumuz yerə qoyanla iftira atan eyni şəxsdir”.

Ali Tok “Zaman”da çalışdığı üçün onu istintaqdan kənar tutduqlarını, lakin qeyri-qanuni olaraq, dinlədiklərini bildirib və şikayətçi olduğunu söyləyib.

 

Yenicag.az

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv