!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləş yığmamızdan AÇ-də daha bir medal

!Reklam – Yazi

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

Güləşçilərimizdən Elvin Mürsəliyev və İslam Abbasov hərəyə iki görüş, Eldəniz Əzizli isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. Hər üç güləşçimizin yarımfinalda rəqibi Rusiya idmançısı olub.

55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli yarımfinal görüşündə 1:7 hesabla geridə olmasına baxmayaraq mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib və finala yüksəlib. Finalda Eldəniz Estoniya idmançısı ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən güləşçimiz çempionatın qızıl medalını qazanıb.

Elvin Mürsəliyev (77 kq) ikiqat Olimpiya çempionu Roman Vlasovla görüşdən məğlub ayrılıb və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə o, Gürcüstan idmançısını məğlub edərək Avropa çempionatının bürünc medalını qazanıb.

87 kq-da mübarizə aparan İslam Abbasov da gərgin keçən qarşılaşmada rəqibinə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşü uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

www.yenicag.az

2078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv