Azərbaycanın sərbəst güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında iki bürünc medal qazanıb.
Yenicag.az xəbər verir ki, Hüseyn Hüseynov (55 kq) və Muxamed Qantemirov (110 kq) yarışda üçüncü yeri tutub.
Hüseynov bürünc medal uğrunda yarışda ermənistanlı Qaqik Qazaryana, Qantemirov isə gürcüstanlı Qiqiya Lukunidze qalib gələrək fəxri kürsünün üçüncü pilləsimə qalxıb.