Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb. Yeniçağ.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib.
Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 4-cü olub.
Onluğa daxil digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) olub.
57 kq
12. Mahir Əmiraslanov – Yaşar Doğu turniri 2-ci yer (nr)
14. Georgi Edişeraşvili – Qızıl Qran Pri 1-ci yer (11)
61 kq
4. Əhmədnəbi Qvarzatilov – Dünya çempionatı 3-cü yer (4)
12. Əli Rəhimzadə – U-23 Avropa çempionatı 3-cü yer (nr)
65 kq
2. Toğrul Əsgərov – Olimpiya Oyunları 2-ci yer (2)
4. Hacı Əliyev – Dünya Kuboku 1-ci yer (5)
12. Məhəmməd Müslümov – Ukrayna beyn. turniri 3-cü yer (15)
19. Teymur Məmmədov – U-23 Avropa çempionatı 1-ci yer (nr)
70 kq
14. Hacımurad Ömərov – U-23 Avropa çempionatı 1-ci yer (19)
17. Gitinomaqomed Hacıyev – Ukrayna beyn. turniri 3-cü yer (nr)
74 kq
2. Cəbrayıl Həsənov – Olimpiya Oyunları 3-cü yer (2)
86 kq
8. Şərif Şərifov – Olimpiya Oyunları 3-cü yer (8)
18. Hacımurad Məhəmmədsəidov – Ukrayna beyn. turniri 1-ci yer (nr)
97 kq
2. Xetaq Qazyumov – Olimpiya Oyunları 2-ci yer (2)
7. Aslanbek Alborov – Yaşar Doğu turniri 1-ci yer (11)
125 kq
11. Cəmaləddin Məhəmmədov – Dünya Kuboku 3-cü yer (11)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Yeniçağ.az