!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləşçilərimiz reytinqdə irəlilədi

!Reklam – Yazi

15879604_1193358610752216_424242528_nDünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Yeniçağ.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında da 3-cüdür.

Qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.

Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.

57 kq
3. Hacı Əliyev – Olimpiya Oyunları 3-cü yer (3)
13. Georgi Edişeraşvili – Qızıl Qran Pri 1-ci yer (nr)
16. Mircəlal Həsənzadə – Almaniya Qran Pri turniri 2-ci yer (13)

61 kq
3. Əhmədnəbi Qvarzatilov – Dünya çempionatı 3-cü yer (nr)

65 kq
2. Toğrul Əsgərov – Olimpiya Oyunları 2-ci yer (2)
14. Məhəmməd Müslümov – Əli Əliyev turniri 1-ci yer (16)
20. Teymur Məmmədov – Əli Əliyev turniri 2-ci yer (18)

70 kq
14. Gitinomaqomed Hacıyev – Qızıl Qran Pri 2-ci yer (nr)
15. Hacımurad Ömərov – U-23 Avropa çempionatı 2-ci yer (8)

74 kq
3. Cəbrayıl Həsənov – Olimpiya Oyunları 3-cü yer (4)

86 kq
3. Şərif Şərifov – Olimpiya Oyunları 3-cü yer (3)
11. Nurməhəmməd Hacıyev – Almaniya Qran Pri turniri 1-ci yer (10)
14. Aleksandr Qostiyev – Avropa çempionatı 2-ci yer (13)

97 kq
2. Xetaq Qazyumov – Olimpiya Oyunları 2-ci yer (2)

125 kq
10. Cəmaləddin Məhəmmədov – Almaniya Qran Pri turniri 1-ci yer (11)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

 

Yenicag.az

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv